BAKI, 20 mart. TELEQRAF

Tehran ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneyiyə ünvanladığı məktuba tezliklə cavab verəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Biz qətiliklə təzyiq, təhdid və artan sanksiyalar altında birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır. Yaxın günlərdə Trampın məktubuna cavab verəcəyik və müvafiq kanallar vasitəsilə göndərəcəyik”, - nazir deyib.

Əraqçi qeyd edib ki, Trampın məktubunda təhdidlər var: “Ancaq bu, həm də imkanların olduğunu göstərir. Biz həm təhlükələri, həm də fürsətləri görürük”.