
BAKI, 19 mart. TELEQRAF
İsrail Qəzza zolağında quru əməliyyatlarına başlayıb.
Teleqraf xəbər verir ki, İsrail Ordusu Qəzzada təhlükəsizlik zonasının genişləndirilməsi məqsədi ilə quru əməliyyatlarına başladığını bəyan edib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq yerli sakinləri qətl edib, bəzilərini girov götürüb. Buna cavab olaraq İsrail Fələstin anklavında bu il yanvarın 19-dək quru əməliyyatı həyata keçirib. Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında "HƏMAS"a qarşı hərbi əməliyyatları bərpa edib.