BAKI, 18 mart. TELEQRAF

"İsrailin Qəzzada hücumları yenidən bərpa etməsinə görə ABŞ məsuliyyət daşıyır".

Teleqraf xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

O, İsrailin Qəzzaya hücumlarının yenidən başlamasını qınayaraq, baş verənlərə görə məsuliyyətin ABŞ-nin üzərinə düşdüyünü bildirib.

XİN rəsmisi bu hücumları Fələstin ərazisində soyqırım və etnik təmizləmənin davamı kimi qiymətləndirib.

Qeyd edək ki, İsrailin Qəzzaya endirdiyi son aviazərbələr nəticəsində həlak olanların sayı 400-ü ötüb.