Zərdab rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, Mehdi Hüseyn küçəsində qeydə alınıb.
Rayon sakini 1997-ci il təvəllüdlü Sərxan Məmmədov yaşadığı evin həyətində özünü asaraq öldürüb. 19 yaşlı oğlanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov