BAKI, 19 mart. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün 200 milyard dollardan çox vəsait ayrılmasına çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Pentaqon Ağ evdən Konqresə təqdim olunmaq üçün 200 milyard dollardan artıq maliyyə sorğusunun təsdiqlənməsini istəyib.
Nəşr qeyd edir ki, bu həcmdə maliyyə tələbi müharibəyə qarşı çıxan bəzi qanunvericilərin ciddi müqaviməti ilə qarşılaşa bilər.