BAKI, 19 mart. TELEQRAF

Növbəti köç mərhələsi çərçivəsində Xocavənd şəhərinə çatan 46 ailəyə mənzillərinin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun verdiyi məlumata görə, bu mərhələdə 46 ailədən ibarət ümumilikdə 177 nəfərlik köç karvanı şəhərə çatıb.

Yeni mənzillərinə yerləşən ailələrə evlərinin açarları təqdim olunub

***

13:27

Xocalı rayonunun Xanabad kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xanabad kəndinə çatan 19 ailəyə sahib olduqları mənzillərin açarları təqdim edilib.

Xanabad kəndində ailələrin normal yaşayışı üçün, müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

***

12:36

Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında yola salınan köçdə 19 ailədən 89 nəfər Xanabad kəndinə çatıb.

Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə təmin olunublar.

Qeyd edək ki, bununla da Xanabad kəndinə daimi qayıdışı təmin olunan ailələrin ümumi sayı 78-ə(346 nəfər) çatıb.

***

6:32

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 177 nəfərdən ibarət 46 ailə, Xanabad kəndinə isə 80 nəfərdən ibarət 19 ailə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.