GƏNCƏ, 19 mart. TELEQRAF
Gəncədə 56 yaşlı şəxs bıçaq xəsarəti alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Totanlı ərazisində qeydə alınıb.
Hadisə zamanı 1970-ci il təvəllüdlü Elcan Əlizadə bıçaqlanıb. Mübahisənin torpaq üstündə baş verdiyi ehtimal olunur. Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində E. Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.