BAKI, 19 mart. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi İranın neft-qaz infrastrukturu obyektlərinə endirdiyi zərbələrin qlobal enerji bazarlarının sabitliyinə ciddi təhdid yaratdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ XİN bəyanat yayıb.
Bildirilib ki, xüsusilə Habşan təbii qaz emalı kompleksinə edilən hücumlar qəti şəkildə pislənilir.
Qeyd olunub ki, bu cür addımlar beynəlxalq hüquq normalarını pozur və təkcə Yaxın Şərq regionunun deyil, həm də qlobal enerji bazarlarının sabitliyini təhlükə altına alır.