BAKI, 19 mart. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə açıqlamasında qeyd edib.
Orban vurğulayıb ki, Avropa müharibəyə daha dərindən daxil olmaq qərarı verib, lakin Macarıstan bu prosesdən kənarda qalmaq niyyətindədir.
Onun sözlərinə görə, Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmir, çünki bu, Rusiya ilə silahlı qarşıdurma riskini artıra bilər.
Baş nazir həmçinin qeyd edib ki, Brüsseldə keçirilən Aİ sammiti faktiki olaraq “hərbi şura” xarakteri alıb.