BAKI, 19 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının 90 milyard avro həcmində kreditlə bağlı qərarına sərt reaksiya verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Bildirilir ki, martın 19-da keçirilən Aİ sammitində Macarıstanın mövqeyi Ukraynanın hərbi əməliyyatları davam etdirmək üçün resurs əldə etməsinə mane ola bilər.

Nəşrin məlumatına əsasən, diplomatların biri qeyd edib ki, “əgər kredit əldə olunmasa, Zelenski çox güman ki, qəzəblənəcək”.

Məqalədə vurğulanır ki, Ukrayna məsələsi artıq Avropa daxilində fikir ayrılığı yaradıb.

Eyni zamanda, Bolqarıstan Milli Radiosu (BNR) mənbəyə istinadən Aİ-nin Ukrayna üçün 90 milyard avro məbləğində kreditlə bağlı razılığa gəldiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Macarıstan Kiyevin “Drujba” neft kəməri ilə bağlı addımlarına görə Rusiyaya qarşı 20-ci sanksiya paketini və Ukraynaya ayrılması nəzərdə tutulan krediti bloklayıb.