BAKI, 19 mart. TELEQRAF
Qətərin dövlət enerji şirkəti istehsal obyektlərinə qarşı daha bir raket hücumunun həyata keçirildiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "QatarEnergy" məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilir ki, martın 18-də Ras-Laffan sənaye şəhərinə endirilən hücumdan sonra martın 19-u səhər saatlarında mayeləşdirilmiş təbii qaz istehsalı ilə əlaqəli bəzi obyektlər də raket zərbəsinə məruz qalıb. Bu isə güclü yanğına və ciddi ziyana səbəb olub.
Hadisə yerinə təcili xidmətlərin göndərildiyi qeyd olunub. Hələlik xəsarət alanlarla bağlı məlumat verilməyib.