BAKI, 19 mart. TELEQRAF

İsrailin mərkəzi hissəsində İran tərəfindən həyata keçirilən raket hücumu nəticəsində xarici vətəndaş həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti “Maqen David Adom” məlumat yayıb.

Bildirilib ki, şəxs raketin qəlpə yaralarından ölüb.

İsrailin "Walla" portalının məlumatına əsasən, ölən şəxs Tailand vətəndaşı olub.