BAKI, 19 mart. TELEQRAF
İraqda fəaliyyət göstərən silahlı şiə qrupları Bağdaddakı ABŞ səfirliyinə hücumları beş gün müddətinə dayandıracaqlarını bəyan ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.
Məlumata görə, radikal qruplar ABŞ-nin Bağdadın mərkəzində yerləşən diplomatik nümayəndəliyinə qarşı hücumların müvəqqəti dayandırılacağını bildiriblər.
Qeyd olunur ki, bu qərar şiə qrupları ilə İraq hakimiyyəti arasında əldə olunmuş ilkin razılaşma çərçivəsində qəbul edilib.
Bildirilir ki, yaxın günlərdə müsəlman dünyasında Ramazan bayramı qeyd olunacaq və bu da qərarın səbəblərindən biri kimi göstərilir.