BAKI, 19 mart. TELEQRAF

İraq Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində yerləşən ən mühüm bazalarından biri – Ümm-Qəsr hərbi-dəniz bazası pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, İraq təhlükəsizlik xidmətinin açıqlamasına əsasən, hücum nəticəsində ağır suyun təmizlənməsi qurğusu zədələnib.

Hadisənin digər detalları barədə hələlik əlavə məlumat verilməyib.