BAKI, 19 mart. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXV turun növbəti 2 oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında "Karvan-Yevlax" "Zirə"ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək. Hazırda Rəşad Sadıqovuj komandası 39 xalla turnir cədvəlinin 5-ci, Fizulu Məmmədovun kollektivi isə 8 xalla 12-ci pilləsində qərarlaşıb.

Günün növbəti matçında isə "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcəl oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Hazırda "bayquşlar" 59 xalla turnir cədvəlinin 1-ci, "kimyaçılar" isə 32 xalla 7-ci pilləsində yer alır.

Azərbaycan Premyer Liqası, XXV tur
19 mart
15:00. “Karvan-Yevlax” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”

Qeyd edək ki, XXV turun ilk oyun günündə "Araz-Naxçıvan" səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Tura martın 21-də yekun vurulacaq.