Quba şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Quba şəhər sakini İbrahim Qasımbəyov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

İbrahim Qasımbəyov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov