Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Binə qəsəbəsində, 1-ci polis bölməsinin yaxınlığında qeydə alınıb.
Binə qəsəbə sakini, 1965-ci il təvəllüdlü Namiq Əliyev intihar etmək məqsədilə hər iki qolunu ülgüclə kəsərək, intihar etmək istəyib. O, 10 saylı Təcili Tibbi Yardım stansiyasına çatdırılıb. Nazim Əliyevə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov