Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarazəncir kəndində Bakı şəhər sakini Şahin Alışov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Əliağa Səlimov tutulub.

Onlardan 5 kiloqram 85 qram tiryək götürülüb.

Hacı Zeynalov