BAKI, 30 aprel. TELEQRAF

Türkiyə Quru Qoşunları komandanı ordu generalı Metin Tokel aprelin 27-28-də Azərbaycana rəsmi səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat paylaşılıb.

"Qardaşlıq və hərbi əməkdaşlıq bağlarımız güclənməyə davam edir", - paylaşımda bildirilib.

Səfər çərçivəsində ordu generalı Metin Tokel Azərbaycanın müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunlarının komandanı general-leytenant Hikmət Mirzəyev, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Ersin Dinçer və Türkiyənin Azərbaycandakı Təşkilat Qrup Komandanı general-mayor Soner Oruçoğlu ilə görüşlər keçirib.

Bundan əlavə, türkiyəli qonaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlikləri ziyarət edib.