Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yardımlı rayon sakini Elmar Ağayevin idarə etdiyi “Ford Tranzit” və Bakı şəhər sakini Ruslan Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə R.Şirinovun sərnişini, qardaşı Taleh hadisə yerində ölüb, E.Ağayevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov