Bakının Binəqədi rayonunda dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi qəsəbəsində yaşayan Nəriman Abbasov dərmandan zəhərlənərək ölüb.
Bundan başqa, oxşar hadisə Gəncə şəhərində də qeydə alınıb. Şəhər sakini Ləman Heydərli dəm qazından zəhərlənərək ölüb.
Hacı Zeynalov