BAKI, 1 may. TELEQRAF
İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumu nəticəsində 31 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, Qlobal Sumud Donanmasından verilən məlumata görə, yaralanan fəallar arasında Yeni Zelandiya, Avstraliya, İtaliya, ABŞ, Kanada, Hollandiya, İspaniya, Böyük Britaniya, Kolumbiya, Almaniya, Macarıstan, Ukrayna, Fransa, Polşa və Portuqaliya vətəndaşları var.
Yaralılardan birinin ikili Türkiyə-Almaniya vətəndaşlığı olduğu və digər üç sərnişinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün səylərin davam etdiyi bildirilib.
Donanmanın digər açıqlamasında saxlanılan fəalların İsrail hərbçiləri tərəfindən təxminən 40 saat pis rəftara məruz qaldığı vurğulanıb.
Qlobal Sumud Donanması İsrailin Qəzza blokadasını yarmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədi daşıyır. Sumud Donanması aprelin 12-də İspaniyanın Barselona şəhərindən Aralıq dənizinə yola düşüb.
Bu missiyada 39 fərqli ölkədən 345 iştirakçı təmsil olunur.