BAKI, 1 may. TELEQRAF
Ötən gecə İran səmasında düşmən dronları peyda olub və ölkənin hava hücumundan müdafiə sistemi uçan qurğunu zərərsizləşdirib.
Teleqraf "Pars Today"a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Hezrian bildirib.
O qeyd edib ki, İslam Respublikası kiçik dronların peyda olmasına aqressiv reaksiya verməlidir ki, düşmən artıq bu cür hərəkətlərə əl atmağa cəsarət etməsin.
Hezrian əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri İsraillə əməkdaşlıq edir və müharibə yenidən başlasa, Əmirliklər "acı və qaranlıq günlərlə" üzləşəcək.