BAKI, 1 may. TELEQRAF
AĞDAM, 1 may. TELEQRAF
Ağdamda baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı ölənlərin Ağdam rayon Xaçındərbənd kənd sakini 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət adlı şəxs olduğu bildirilir.
***
19:29
Ağdamda baş verən qəza zamanı 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.
Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb.
Faktla bağlı araşdırma aparılır