BAKI, 1 may. TELEQRAF

ABŞ Çində dəniz terminalı işlədən bir şirkətə İran neftini idxal etdiyinə görə sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.

Onun sözlərinə görə, "Qindao Haiye Oil Terminal Co". və onun prezidenti ABŞ-nin qara siyahısına əlavə edilib. ABŞ Dövlət Departamentinin məlumatına görə, şirkət İrandan sanksiya altında olan on milyonlarla barel xam nefti idxal edib. Bununla da Tehran milyardlarla dollar qazanıb.