BAKI, 1 may. TELEQRAF
Rusiya hökuməti xarici peyklərdən siqnalların qəbulu və ötürülməsi üçün nəzərdə tutulmuş radioelektron avadanlıqların idxalına müvəqqəti qadağa qoyub.
Teleqraf xəbər verir ki, məhdudiyyətlərə İlon Maskın "SpaceX" şirkəti tərəfindən istehsal edilən Starlink peyk internet rabitə terminalları da daxildir. Məhdudiyyətlər altı ay müddətində qüvvədə olacaq.
Hökumət qərarı milli təhlükəsizliyin qorunması ilə izah edib.