BAKI, 1 may. TELEQRAF
İranın Zəncan əyalətində ABŞ və İsrailin hücumları zamanı partlamamış sursatların məhv edilməsi nəticəsində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 14 üzvü həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın yarı-rəsmi "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, bölgədə davam edən axtarış və təmizləmə əməliyyatları nəticəsində 15 mindən çox partlamamış sursat aşkar edilərək məhv edilib.