BAKI, 1 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların bərpası əmrini verməməyi üstün tutduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp Floridaya işgüzar səfərə getməzdən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
"Mən bunu etməməyi üstün tuturam. Bir insan olaraq, bunu etməməyi üstün tuturam. Amma bu, variantlardan biridir", - deyə o qeyd edib.
Tramp Vaşinqtonun yenə də İranı yenidən bombalamaq qərarına gəlib-gəlməyəcəyini dəqiqləşdirməkdən imtina edib: "Bunu sizə niyə deməliyəm?"