Bakının Pirallahı rayonunda iki qardaşa qarşı cinayət törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri – 1983-cü il təvəllüdlü Ramiz Məmmədovla 1989-cu il təvəllüdlü Elçin Əliyev və onun qardaşı, 1990-cı il təvəllüdlü Eminin arasında mübahisə yaranıb.
Mübahisə zamanı Ramiz Məmmədov iki qardaşı döyərək onlara xəsarət yetirib. Hadisə ilə bağlı Pirallahı Rayon Polis Şöbəsinə müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov