Bakının Nəsimi rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə R.Behbudov küçəsi 10 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Mustafa Əfəndiyev naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı naməlum şəxs bıçaqla Mustafa Əfəndiyevin qulağını kəsib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov