Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan birmərtəbəli, 1 otaq və aynabənddən ibarət evin tavanı 42 kv.m sahədə və ev əşyaları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.