Bakıda oteldə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda otelin texniki otağında 20 ədəd televizor aparatı, 1 ədəd kondisioner 9 kv.m sahədə yanıb.

Otelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.