Ağstafa rayonunun Qırlı kəndində yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, S.Vurğun qəsəbə sakini Səməd Hacıyevin idarə etdiyi “Mercedes” və Ağstafa şəhər sakini Azər Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə A.Hüseynov hadisə yerində ölüb, sərnişini Cəbrayıl Hüseynov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov