BAKI, 10 fevral. TELEQRAF

Bakıda ehtiyatsızlıqdan iki maşının arasında qalaraq, ağır xəsarət alan gənc xəstəxanada vəfat edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon sakini Sahib Mahmudov bir neçə gün əvvəl ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun maşınların arasında qalması nəticəsində yaralanması məlum olub.

Göstərilən tibbi yardımlara baxmayaraq, S.Mahmudov ötən gün gətirildiyi xəstəxanada vəfat edib.

Bədbəxt hadisə nəticəsində həyatını itirən gəncin fotosunu təqdim edirik: