Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çarxı kəndində baş verib.

Toy məclisində 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.