BAKI, 20 noyabr. TELEQRAF

Yevlaxda yol-nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

Seymur Quliyevin idarə etdiyi “Renault Master” markalı yük avtomobili velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Eltac Məmmədlini vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.