Samux rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Mirrza Həmzəyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov