Xırdalan şəhərində yaşayış evində partlayış olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xırdalan şəhərində yaşayan Mustafa Əliyev evində elektrik sobasının partlaması nəticəsində 2-3-cü dərəcəli termiki yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov