Azərbaycanda ötən il 882 cinayətkar qrup zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Məlumata görə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2237 şəxsi birləşdirən 882 cinayətkar qrup müəyyən olunub.