Beyləqan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Bünyadlı kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini İlkin Məsimovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini Alim Tağıyev hadisə yerində ölüb, hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov