BAKI, 13 dekabr. TELEQRAF
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayonun Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb.
Teleqraf xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.
Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə *1000* manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.