GƏNCƏ, 13 dekabr. TELEQRAF

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, S.Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gəncə Şəhər (022 305 28 02, ‪050 888 99 87‬) məlumat vermələri xahiş olunur.