Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Maştağa qəsəbə sakini Səfər Misirli gözətçi işlədiyi Zeytun Sovxozunun ərazisində ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ölüb.

Hadisə yerindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Fakta bağlı araşdırma aparılır.

Hacı Zeynalov