Samux rayonunda bıçaqlanma hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Samux rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakinləri, 1994-cü il təvəllüdlü Sirac Abbasov həmyerlisi, 1972-ci il təvəllüdlü Zabit Xəlilovu bıçaqlayıb. Hadisə onların arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov