Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 12-də Süleyman Rəhimov küçəsində naməlum şəxs bıçaqla Cəlilabad rayon sakinləri - 1979-cu il təvəllüdlü Nizaməddin Cəbiyevə, 1983-cü il təvəllüdlü Rəşad Məmmədova bıçaq xəsarətləri yetirib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Renat Ağaverdiyev yaxalanıb.

Hacı Zeynalov