Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xırdalan şəhər sakini Vasif Nurullayevə bıçaq xəsarət yetirilib. Vasif Nurullayev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İmişli rayon sakini Murad Məhərrəmov yaxalanıb.

Hacı Zeynalov