Balakən rayonu ərazisində qətl hadisəsi törədən mütəşəkkil dəstə tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb. Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qətli törətmiş Füzuli rayon sakinləri Mansur Heydərzadə, Sahil Quliyev, Əvəz Məmmədov, Balakən rayon sakinləri Məhəmməd Xizriyev, İntiqam Umarov tutulublar.

Hacı Zeynalov