Bakının Binəqədi rayonunda orta məktəbin həyətindən meyit aşkar olunub.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, meyit Binəqədi rayonu Z.Bünyadov küçəsində yerləşən 3 saylı Orta Məktəbin həyətində tapılıb. Meyitin kimliyi müəyyən olunub. Bakı şəhər sakini Xaliq Əliyev orta məktəbdə mühafizəçi işləyib. Onun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov