Bakı polisi 20 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qəhrəman Əliyev 17 kiloqramdan çox marixuananı satarkən cinayət başında tutulub.

Q. Əliyev həmin narkotik vasitəni satış məqsədi üçün özü əkib-becərdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.