Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə prokuror Samir Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüququ varisi təqsirləndirilən şəxsə isə ağır cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışına hazırlıq vaxt istəyiblər.

Növbəti proses mayın 31-nə təyin olunub.

2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

Samir Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov